Bir gündə üç nəfəri it dişlədi-Zaqatalada » Qaynar xəbərlərin tək ünvanı

» » » Bir gündə üç nəfəri it dişlədi-Zaqatalada

Bir gündə üç nəfəri it dişlədi-Zaqatalada


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Bir gündə üç nəfəri it dişlədi-Zaqatalada

 

İyulun 6-sı saat 17 radələrində Zaqatala rayonunun Muxax kənd sakinləri, 2005-ci il təvəllüdlü Gülarə Hikmət qızı Əhmədova və 1989-cu il təvəllüdlü Kamal Şəmsəddin oğlu Həmzəyev it dişləməsi xəsarəti ilə Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olublar.
AyMobi.Com Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, həkim müayinəsi zamanı məlum olub ki, Muxax kəndinin girişində küçədə oynayan 11 yaşlı Gülarə Əhmədovanın sağ bud nahiyəsindən sahibsiz it dişləyib.
Hadisə baş verən an ərazidə olan Kamal Həmzəyev iti qovmaq istəyərkən it ona hucum edərək onun da sağ ayağının baldır nahiyəsindən dişləyib. Hər iki şəxsə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Rayonun Muxax kəndində sahibsiz it dişləyən şəxslərin yaxınlarının verdiyi məlumata görə, Gülarə Əhmədovanı və Kamal Həmzəyevi dişləyən itin quduzluq xəstəliyinə tutulması ehtimal edilir. Həmin it bir neçə gün idi ki, ərazidə dolaşıb qəfildən adamlara hucum edirdi.

Məlum hadisədən sonra quduzluq xəstəliyinə tutulması ehtimal olunan sahibsiz it ərazidə olan sakinlər tərəfindən öldürülüb. Sakinlər hadisə barədə müvafiq qurumlara məlumat verildiyini bildirirlər.

Zaqatala RMX-dən verilən məlumata əsasən, məlum hadisədən bir saat sonra rayonun Əliabad qəsəbə sakini olan 9 yaşlı Yasin Şəmşir oğlu Əliyev də sol baldırının it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olub.
Müayinə zamanı məlum olub ki, Y.Əliyevi qonşusunun iti dişləyib. Müayinədən sonra quduzluq əleyhinə peyvənd olunan Y.Əliyev evə buraxılıb.

Paylaş:


Müəllif : Baxış :
53832
Tarix:
7-07-2016, 16:00
  


loading...