Mesaj yazıb, 16-cı mərtəbədən özünü atdı » Qaynar xəbərlərin tək ünvanı

» » » Mesaj yazıb, 16-cı mərtəbədən özünü atdı

Mesaj yazıb, 16-cı mərtəbədən özünü atdı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Mesaj yazıb, 16-cı mərtəbədən özünü atdı

 

Ötən gecə Bakı şəhərinin Nərimanov rayonunda, Arif Heydərov küçəsində yerləşən "Kosmos" yaşayış kompleksində baş vermiş dəhşətli intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, özünü binadan ataraq intihar edən 1994-cü il təvəllüdlü Sadıqova Zəhra Telman qızının 3-cü mərtəbədəki mənzildə kirayə yaşadığı məlum olub.  

Qonşular bildiriblər ki, 22 yaşlı Zəhra bir müddət əvvəl həmin mənzilə köçübmüş. Bir neçə gün imiş ki, onun həmin evdə birgə yaşadığı şəxslə münasibətləri pozulub. Son günlərdə zorakılıqla üzləşən qadın hətta üzündəki izləri gizlətmək üçün sifətini də bağlayıbmış.
 
Bildirilir ki, Z.Sadıqova 3-cü mərtəbədə yaşasa da, liftlə 16-cı mərtəbəyə çıxıb və pilləkən dəhlizinin eyvanından özünü atıb. O, özünü atmazdan əvvəl telefonu eyvana qoyub. Telefonda Zəhranın mesajları tapılıb. 22 yaşlı qadının telefonunda birgə yaşadığı şəxsə yazıldığı iddia edilən vida mesajları tapılıb.
 
Qeyd edək ki, intihar edərkən Z.Sadıqovanın üzü bağlı olub. O, özünü binadan atarkən əynində həmin şəxsə aid olduğu deyilən hərbi forma olub.
 
Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.
 
Qeyd edək ki, 16-cı mərtəbədən özünü atan 22 yaşlı qız əvvəlcə 1-ci mərtəbədəki marketin damına, oradan isə yerə düşüb. Təcili Tibbi Yardım briqadası gələnədək o, keçinib.

Paylaş:


Müəllif : Baxış :
53532
Tarix:
5-07-2016, 13:48
  


loading...