Sığortasız maşınları sürmək olmayacaq - VİDEO » Qaynar xəbərlərin tək ünvanı

» » » Sığortasız maşınları sürmək olmayacaq - VİDEO

Sığortasız maşınları sürmək olmayacaq - VİDEO


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Sığortasız maşınları sürmək olmayacaq  - VİDEO
 
Avtomobillərin icbari sığortası ilə bağlı yeni təkliflər var.

Təkliflərdə icbari sığortası olmayan avtomobil sürücülərinə qarşı ciddi tədbirlərin tətbiq edilməsi nəzərdə tutulub. Belə avtomobillər yol hərəkətindən uzaqlaşdırılacaq.

Avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı tələblər sərtləşdirilə bilər.

Bürodan verilən məlumata görə, ölkəmizdə qeydiyyatda olan avtomobillərin sayı 1,3 milyondur. İcbari sığortası olan avtomobillər isə 700 minə yaxındır. Ölkəmizdə sığortasız avtomobillərin sürücülərinə tətbiq edilən cərimələrin miqdarı cəmi 50 manatdır.

Dəyişikliklərdən sonra avtomobillər cərimə meydançasına aparılacaq və yalnız bir şərtlə oradan buraxılacaq.

Ölkəmizin yaşıl kart sisteminə qoşulması haqqında danışan İcbari Sığortalar Bürosunun sədri Elxan Quliyev bildirib ki, büro üzvü olan 11 sığorta şirkətinin hamısının yaşıl kart sisteminə qoşulması məcburidir. Əks təqdirdə həmin şirkətlər icbari sığorta şəhadətnamələrinin satışı lisenziyasından məhrum ediləcəklər.

2016-cı ilin yanvarından fəaliyytə başlayacaq yaşıl kart sisteminin ilkin tarifləri də məlumdur. Tariflər səyahət edilən ölkə və avtomobilin mührəkinin həcmindən asılıdır. Azərbaycan yaşıl kart sistemin üzvü olandan sonra bizim sürücülər xarici ölkədə qəza törədəcəyi təqdirdə dəymiş ziyanı ölkəmizdə sürücünün icbari sığortasını aparmış şirkət ödəyir. (xəzərxəbər)


Paylaş:


Müəllif : Baxış :
39132
Tarix:
2-06-2015, 23:58
  


loading...