Mərkəzi Bankın cəmi 4.3 milyard dolları qalıb » Qaynar xəbərlərin tək ünvanı

» » » Mərkəzi Bankın cəmi 4.3 milyard dolları qalıb

Mərkəzi Bankın cəmi 4.3 milyard dolları qalıb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
Mərkəzi Bankın cəmi 4.3 milyard dolları qalıbÖtən ay dövlət bankı manatı qorumaq üçün daha 618 milyon dollar xərcləyib
Azərbaycan Mərkəzi Bankın rezervlərinin azalması yanvar ayında da davam edib. AMB-nin məlumatına görə, yanvar ayında qurumun valyuta ehtiyatlarının həcmi 618 milyon dollar azalaraq, 4.3 milyard dollar təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə valyuta ehtiyatı 8.3 milyard dollar azalıb. 

Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi 2008-ci ilin may ayının səviyyəsinə qədər düşüb. Qeyd edək ki, AMB-nin rezervlərinin ən yüksək həddi 2014-cü ilin iyul ayında olub-15.1 milyard dollar. Beləliklə, ötən müddət ərzində Mərkəzi Bankın valyuta ehtiyatı 3.5 dəfə azalıb. Ekspertlər azalma prosesinin ferval ayında da davam edəcəyini düşünür. 

Azalma ölkənin pul bazasında da özünü göstərir. Belə ki, son bir ayda pul bazası 1.2 milyard manat azalaraq 5.7 milyard manat təşkil edib. 

"Bankın ehtiyatını müəyyən qədər Neft Fondu qoruyub. Fond ötən ay təxminən 600 milyon dollara yaxın satış həyata keçirib. Ümumilikdə 1,2 milyard dollardan çox satış olub"- deyə iqtisadçı ekspert S.Əliyev bildirib.

Onun sözlərinə görə, son günlər banklar tərəfindən az dollar alınmasının səbəbini Mərkəzi Bankın rəsmi statistikası təsdiq edib: "Belə ki, yanvar ayında pul bazası birdən-birə 16 faiz və ya 1,1 milyard manat azalıb. Pul bazasının səviyyəsi 2010-cu il həddinə düşüb. 

Mərkəzi Bank pul bazasını məhdudlaşdırmaqla bankların dollara olan tələbatını süni şəkildə azaldır və beləcə manata süni nəfəs verir. Pul bazasının azaldılması, həmçinin, inflyasiyanın cilovlanması üçün bir vasitədir. Ancaq bu, ölkədə iqtisadi aktivliyi zəiflədir, sahibkarlığın inkişafı üçün maliyyə resurslarını məhdudlaşdırır".

Vüsalə RÜSTƏMOVA

Paylaş:


Müəllif : Baxış :
20132
Tarix:
3-02-2016, 05:35
  






loading...