2016-cı ildə dolların məzənnəsi xeyli qalxacaq - “Bloomberg” » Qaynar xəbərlərin tək ünvanı

» » » 2016-cı ildə dolların məzənnəsi xeyli qalxacaq - “Bloomberg”

2016-cı ildə dolların məzənnəsi xeyli qalxacaq - “Bloomberg”


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş 2016-cı ildə dolların məzənnəsi xeyli qalxacaq - “Bloomberg”ABŞ dolları cari ildə dünyanın əsas valyutalarına nisbətdə xeyli möhkəmlənəcək. APA-nın "TASS”a istinadən verdiyi xəbərə görə, müvafiq proqnoz "Bloomberg” agentliyinin mütəxəssisləri tərəfindən verilib.
 
Proqnoza əsasən, ABŞ dollarına nisbətdə avronun məzənnəsi  3 faizədək aşağı düşəcək. Yapon yeni ABŞ dollarına nisbətdə 3,5 faiz, İsveç kronu, Danimarka kronu və Avstraliya dolları təxminən 5 faiz zəifləyəcək. ABŞ milli valyutasına nisbətdə İsveçrə frankının məzənnəsi 6 faiz, Yeni Zelandiya dollarının isə 7,5 faiz aşağı düşəcək.   
 
"Bloomberg” agentliyinin proqnozlarına əsasən, 2016-cı ilin yekunlarına görə, ABŞ dollarına nisbətdə Kanada dolları təxminən 3,5 faiz, funt sterlinq – 2,5 faiz, Norveç kronu isə 1,2 möhkəmlənəcək.   
 
Ekspertlərin fikrincə, ABŞ dollarının gözlənilən möhkəmlənməsi 2015-ci ilin dekabrın ortalarında ABŞ-ın Federal Ehtiyat Sİsteminin uçot dərəcəsini artırması ilə əlaqədardır. Bu qərar son doqquz ildə ilk dəfə verilib. Ekspertlər 2016-cı ildə iqtisadi artımın davam edəcəyi təqdirdə uçot dərəcəsinin daha 4 dəfə artırılacağını proqnozlaşdırırlar. 

Paylaş:


Müəllif : Baxış :
29332
Tarix:
2-01-2016, 17:10
  






loading...