Kredit götürdü, 2 il sonra öldü - Sığorta şirkəti krediti ödəmir » Qaynar xəbərlərin tək ünvanı

» » » Kredit götürdü, 2 il sonra öldü - Sığorta şirkəti krediti ödəmir

Kredit götürdü, 2 il sonra öldü - Sığorta şirkəti krediti ödəmir


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Kredit götürdü, 2 il sonra öldü - Sığorta şirkəti krediti ödəmir

 Ağdaşın Aran-1 kənd sakini, 64 yaşlı Məhəmməd İsrafilov 2 il əvvəl bankdan kredit götürüb. Həmin vaxt kredit bankda sığortalanıb.


Bu ilin aprel ayında Məhəmməd İsrafilov vəfat edib. Sığorta şirkəti isə krediti ödəməkdən imtina edib.


İndi borc kredit götürənin ailəsindən və zaminlərdən tutulur.


Hüquqşünas Anar Ramazanov deyir ki, kredit bankın müştərisi tərəfindən könüllü şəkildə sığortalanmalıdır. Sığorta hadisəsi zamanı ödəniləcək məbləğ də müqavilədə və şəhadətnamədə öz əksini tapır. Əgər sığorta şirkəti krediti ödəməkdən imtina edərsə, vətəndaş Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edə bilər.


Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən cavab onu qane etməzsə, məhkəməyə də müraciət edə bilər. Anar Ramazanov məsləhət görür ki, müştərilər sığorta müqaviləsini imzalayarkən hadisə zamanı ödəniləcək məbləğə və digər şərtlərə xüsusi diqqət yetirsinlər. Sığorta şəhadətnaməsini də mütləq bankdan tələb etsinlər.


"Qafqazinfo” xezerxeber-in mövzu ilə bağlı videomaterialını təqdim edir:

 


Paylaş:


Müəllif : Baxış :
33032
Tarix:
10-12-2016, 10:28
  


loading...