Prezident sərəncam verdi » Qaynar xəbərlərin tək ünvanı

» » » Prezident sərəncam verdi

Prezident sərəncam verdi


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Prezident sərəncam verdi

 Bakı şəhəri Suraxanı rayonunun Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:


1. Altmış iki min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində "Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 3,0 (üç) milyon manat ayrılsın.


2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etsinlər.



İlham Əliyev


Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 2 avqust 2016-cı il.


Paylaş:


Müəllif : Baxış :
38532
Tarix:
2-08-2016, 19:32
  


loading...