Prezident sərəncam verdi » Qaynar xəbərlərin tək ünvanı

» » » Prezident sərəncam verdi

Prezident sərəncam verdi


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Prezident sərəncam verdi

 Xızı rayonunun Xızı-Altıağac avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:


1. Dörd min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Xızı-Altıağac avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində "Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 8,0 (səkkiz) milyon manat ayrılsın.


2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etsinlər.



İlham Əliyev


Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 1 avqust 2016-cı il.


Paylaş:


Müəllif : Baxış :
34932
Tarix:
2-08-2016, 00:58
  


loading...