Ali Baş Komandan zirehli döyüş maşınlarına baxdı » Qaynar xəbərlərin tək ünvanı

» » » Ali Baş Komandan zirehli döyüş maşınlarına baxdı

Ali Baş Komandan zirehli döyüş maşınlarına baxdı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Ali Baş Komandan zirehli döyüş maşınlarına baxdı

 

Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrin Baş Qərargahının yeni inzibati binasının açılışında iştirak edib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.

Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.

Sonra Prezident İlham Əliyev binada yaradılan şəraitlə və Mərkəzi Komanda Məntəqəsinin fəaliyyəti ilə tanış oldu.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Prezident, Ali Baş Komandan İlham Əliyevə məlumat verdilər ki, Silahlı Qüvvələrin gündəlik və döyüş fəaliyyətinin planlaşdırılması və idarə olunması üçün yaradılan məntəqədə 140 nəfərin işləməsi üçün hər cür şərait yaradılıb.

Burada əsas komanda məntəqələri ilə birbaşa videobağlantılar qurulub.

Sonda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müxtəlif təyinatlı zirehli döyüş maşınlarına baxıb.

Bu maşınların funksiyası və imkanları barədə dövlətimizin başçısına ətraflı məlumat verilib.Qafqazinfo\\

Paylaş:


Müəllif : Baxış :
36932
Tarix:
26-06-2016, 09:49
  






loading...