Partlamamış hərbi sursatlar aşkar edildi » Qaynar xəbərlərin tək ünvanı Partlamamış hərbi sursatlar aşkar edildi » Qaynar xəbərlərin tək ünvanı

» » » Partlamamış hərbi sursatlar aşkar edildi

Partlamamış hərbi sursatlar aşkar edildi


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Partlamamış hərbi sursatlar aşkar edildiAzərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Füzuli, Tərtər və Astara rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat yayıb.

ANAMA-dan verilən məlumata görə, Tərtər rayonunun əıxarx kəndi – Əkin sahəsində 1 ədəd partlamamış hərbi sursat (122-mm top mərmisi) aşkar edilərək götürülmüş və ərazidə əməliyyatlar növbəti gün davam etdiriləcəkdir.

FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatına əsasən əkin sahəsində 1 ədəd partlamamış hərbi sursat (122-mm top mərmisi) aşkar edilib.

Füzuli rayonu Horadiz şəhəri – 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilmiş, 2 ədəd partlamamış hərbi sursat (1 ədəd 120 mm-lik minaatan mərmi və 1 ədəd 125 mm-lik tank mərmisi) aşkar edilərək götürülmüş, nəticə etibarı ilə 1 790 kv. m ərazi yoxlanılmışdır.

Cəmi 3 əkin sahəsi, 3 partlayış yeri aşkar edilmiş, 2 ədəd partlamamış hərbi sursat (1 ədəd 120 mm-lik minaatan mərmi və 1 ədəd 125 mm-lik tank mərmisi) aşkar edilərək götürülmüş, nəticə etibarı ilə 1 790 kv. m ərazi təmizlənmişdir.

Astara rayonunun Ərçivan kəndi – 1 ev və həyətyanı sahədə 1 ədəd partlamamış hərbi sursat (122 mm top mərmisi) aşkar edilmişdir. Mərminin üzərində döyüş başlığı olduğu üçün növbəti gün yerində zərərsizləşdiriləcəkdir.

FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatına əsasən cəmi 1 ev və həyətyanı sahədə, 1 ədəd partlamamış hərbi sursat (122-mm top mərmisi) aşkar edilmişdir.

10 İyun tarixində 1 ev və həyətyanı sahə, 4 əkin sahəsi, 3 partlayış yeri, 4 ədəd partlamamış hərbi sursat (2 ədəd 122 mm-lik top mərmisi, 1 ədəd 120 mm-lik minaatan mərmi və 1 ədəd 125 mm-lik tank mərmisi) aşkar olunaraq götürülmüş və gün ərzində 1 790 kv. m ərazi təmizlənmişdir.
Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 10 İyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 592 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 22 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 517 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 7 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hal-hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Paylaş:


Müəllif : Baxış :
52432
Tarix:
10-06-2016, 21:38
  


loading...