"Öncə xidmət, sonra ali təhsil" - VİDEO » Qaynar xəbərlərin tək ünvanı

» » » "Öncə xidmət, sonra ali təhsil" - VİDEO

"Öncə xidmət, sonra ali təhsil" - VİDEO


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
Ali təhsil alanlar üçün hərbi xidmətin təhsildən öncə yerinə yetirilməsi və ya ali təhsil alanların sahələrinə uyğun qoşun növlərində xidmət etmələri təklif olunur. Milli Məclisdə mayın 17-də müzakirəyə çıxarılacaq təklif həm ali təhsil alanların fasiləsiz elmlə məşğul olmasını, eyni zamanda ali təhsilli şəxslərdən hərbi xidmətdə daha səmərəli istifadə edilməsinə yönəlib.

Ali məktəbə qəbul edilənlər hərbi xidməti təhsil almadan yerinə yetirsinlər. Belə bir təkliflə millət vəkili Zahid Oruc çıxış edib. Deputat Zahid Oruc bu təklifin qəbul edilməsi ilə oğlanların bakalavr təhsili alandan sonra hərbi xidmətə yollanmaları və nəticədə magistr, eləcə də sonrakı ali elmi dərəcələri almaqdan uzaq düşməsinin qarşısının alınacağına diqqət çəkir. Millət vəkilinin fikrincə bu gənclərin elmə marağını daha da artırar. Gənclərin təklifə münasibəti isə fərqlidir.

Zahid Orucun hərbi xidmətlə bağlı daha bir təklifi isə ali təhsil alan gənclərin hərbi xidmətdə fərqləndirilməsini nəzərdə tutur. Millət vəkilinin fikrincə əgər hansısa bir ali ixtisası bitirən gənc öz sahəsinə uyğun qoşun növündə xidmət edərsə ordu həmin şəxsdən daha çox faydalana bilər.

Deputatın fikrincə belə olan halda riyaziyyat istiqamətli təhsil alanlar artilleriyada, tibb təhsili alanlar həkim kimi orduya daha çox dəstək ola bilərlər. Zahid Oruc hazırda hərbi xidmətə gedənlərin hansı qoşun növünə daxil edildiyini kompüter müəyyən etməsinin seçim prosesinə mane olmayacağı fikrindədir. Çünki belə bir seçimi proqram təminatında ayrı-ayrı qoşun növləri üzrə etmək elə də çətin bir proses deyil və şəffaflığa əngəl yaratmayacaq. Təklif mayın 17-də elm haqqında qanunun müzakirəsi zamanı gündəliyə çıxarılacaq.

xezerxeber.com
 


Paylaş:


Müəllif : Baxış :
61432
Tarix:
14-05-2016, 10:09
  


loading...

Oxşar Xəbərlər