Azərbaycanın Rusiyadan aldığı yeni haubitsalar – VİDEO » Qaynar xəbərlərin tək ünvanı

» » » Azərbaycanın Rusiyadan aldığı yeni haubitsalar – VİDEO

Azərbaycanın Rusiyadan aldığı yeni haubitsalar – VİDEO


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
Azərbaycan müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən Raket və Artilleriya Qoşunlarının təlimləri başlayıb.
 
Təlimlərdə Rusiyadan alınaraq ölkəmizə gətirilən və qoşunların silahlanmasına yeni daxil olan "Msta S" özüyeriyən haubitsaların praktiki istifadəsi şəxsi heyət tərəfindən həyata keçirilir.
 
Döyüş vəziyyətinə uyğun səhra şəraitində keçirilən təlimlərdə yüksək dağıdıcı qüvvəyə malik artilleriya sistemlərinin döyüş atışı vəziyyətinə gətirilməsi, digər qoşun növləri ilə uzlaşmada effektiv tətbiqi və hərbi elementlərin praktiki icrası təkmilləşdirilir.
 
Təlimlərdə müxtəlif məsafələrdə yerləşən tək və cəm halında olan şərti hədəflərin pilotsuz uçuş aparatı vasitəsilə aşkarlanması, koordinatların təyin olunaraq məhv edilməsi üzrə tapşırıqlar da yerinə yetirilir.
 
VİDEO-nu izlə

Paylaş:


Müəllif : Baxış :
33532
Tarix:
4-05-2016, 12:32
  






loading...

Oxşar Xəbərlər