Yeni alınan "Msta S"lər döyüş təlimlərinə cəlb edildi » Qaynar xəbərlərin tək ünvanı

» » » Yeni alınan "Msta S"lər döyüş təlimlərinə cəlb edildi

Yeni alınan "Msta S"lər döyüş təlimlərinə cəlb edildi


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Yeni alınan "Msta S"lər döyüş təlimlərinə cəlb edildiMüdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən Raket və Artilleriya Qoşunlarının təlimləri başlayıb.

Təlimlərdə Rusiyadan alınaraq ölkəmizə gətirilən və qoşunların silahlanmasına yeni daxil olan "Msta S" özüyeriyən haubitsaların praktiki istifadəsi şəxsi heyət tərəfindən həyata keçirilir.
Döyüş vəziyyətinə uyğun səhra şəraitində keçirilən təlimlərdə yüksək dağıdıcı qüvvəyə malik artilleriya sistemlərinin döyüş atışı vəziyyətinə gətirilməsi, digər qoşun növləri ilə uzlaşmada effektiv tətbiqi və hərbi elementlərin praktiki icrası təkmilləşdirilir.

Təlimlərdə müxtəlif məsafələrdə yerləşən tək və cəm halında olan şərti hədəflərin pilotsuz uçuş aparatı vasitəsilə aşkarlanması, koordinatların təyin olunaraq məhv edilməsi üzrə tapşırıqlar da yerinə yetirilir.

Paylaş:


Müəllif : Baxış :
31432
Tarix:
3-05-2016, 22:34
  






loading...