Ermənilərin ən çox zərər vurduğu ərazilər bəlli oldu - VİDEO » Qaynar xəbərlərin tək ünvanı

» » » Ermənilərin ən çox zərər vurduğu ərazilər bəlli oldu - VİDEO

Ermənilərin ən çox zərər vurduğu ərazilər bəlli oldu - VİDEO


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Ermənilərin ən çox zərər vurduğu ərazilər bəlli oldu - VİDEO"Axşam saatlarından ermənilərin atəşkəsi pozması nəticəsində Tərtər rayonunda ilkin hesablamalara görə, 20 evə ziyan dəyib". Bu barədə Anspress-ə atəşkəsin ən intensiv pozulduğu Tərtər rayonunun İcra Hakimiyyətinin ictimai, siyasi və humanitar məsələlər üzrə müdir müavini Elvin Umudov məlumat verib. Onun sözlərinə görə, bu hələlik ilkin hesablamalar nəticəsində əldə edilən rəqəmdir: "Hazırda yerli icra nümayəndələri kəndlərə dəyən ziyanı araşdırırlar. Onu deyə bilərəm ki, ən çox zərər ağır altilleriyadan atəş açılan Həsənqaya, Qapanlı, Qazyan və Qaynaq kəndlərinə dəyib".

Elvin Umudov bildirdi ki, xoşbəxtlikdən dinc sakinlərdən  xəsarət alan olmayıb.

Həsənqaya kənd icra nümayəndəliyindən anspress-ə verilən məlumata görə, kəndə açılan atəş nəticəsində 5 evə ciddi ziyan dəyib, 1 ev isə tamamilə yararsız vəziyyətə düşüb. 

Cəbhəyanı rayonlardan olan Ağdam və Füzuli rayonlarına isə heç bir maddi zərər dəyməyib. Bu barədə müvafiq icra hakimiyyətlərindən məlumat verilib. Bildirdilər ki, atəşkəs cəbhənin bu istiqamətində də pozulub, lakin bu istiqamətlərdə iriçaplı silahlardan istifadə edilmədiyi üçün xəsarətsiz ötüşüb.   

 Axşam saat 01.05-dən başlayaraq saat 04.25-dək erməni silahlı bölmələri tərəfindən Tərtər şəhəri və rayonun ərazisi, eləcə də Qapanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından və DM-21 yaylım atəşli reaktiv sistemlərdən atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 113 dəfə pozub.

Ermənilərin atəşkəs rejimini pozması və ordumuzun qarşı tərəfin səngərlərinə endirdiyi cavab zərbələri nəticəsində Ermənistan ordusunun iki hərbçisi ölüb. Bu barədə qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir  ki, Azərbaycan Silahlı Qüvvələrinin endirdiyi cavab zərbələri nəticəsində qarşı tərəfin hərbçiləri - 1992-ci il təvəllüdlü Tiqran Poqosyan və 1972-ci il təvəllüdlü Aram Aruşanyan ölüblər. 
 


Paylaş:


Müəllif : Baxış :
33232
Tarix:
26-04-2016, 07:44
  


loading...