Mina aşkarlandı » Qaynar xəbərlərin tək ünvanı Mina aşkarlandı » Qaynar xəbərlərin tək ünvanı

» » » Mina aşkarlandı

Mina aşkarlandı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Mina aşkarlandıAymobi.com APA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 24 aprel 2016-cı il tarixində Tərtər, Füzuli, Ağdam və Samux rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat yayıb.

Hesabata əsasən, Tərtər rayonunun Qapanlı kəndində 2 ev və həyətyanı sahədə 5 partlayış yerinə baxış keçirilib, 1 ədəd 122 mm-lik top mərmisi və 2 ədəd 122 mm-lik partlamamış top mərmisinin partladıcısı aşkar edilərək götürülüb. Füzuli rayonunun Alıxanlı kəndində 2 ev və həyətyanı sahəyə, Çaxır zavodu ərazisində 2 partlayış məntəqəsinə və 4 bələdiyyə torpağı ərazisinə baxış keçirilib, 8 partlamış top mərmisinin qəlpələri aşkar edilib. Ağdam rayonunun Əfətli kəndi ərazisindən keçən Qar-Qar çayı ilə axıb gələn 2 ədəd PMN minası partlayış yolu ilə məhv edilib. Samux rayonunun Kolayır kəndində 160 ədəd 12.7 mm-lik və 15 ədəd 7.62 mm-lik patron aşkar edilib.

Hesabatda qeyd olunur ki, 24 aprel 2016-cı il tarixində Agentlik tərəfindən 7 ev, 26 partlayış yeri yoxlanılmış, 178 ədəd partlamamış hərbi sursat və 2 ədəd mina aşkar edilib və 28 120 kv. m ərazi yoxlanılıb.

Ümumilikdə, Agentlik tərəfindən 7-24 aprel 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy və Tovuz rayonlarında 334 ev və həyətyanı sahəyə, 2 hərbi hissə, 1 kənd qəbirstanlığı, 1 kənd orta məktəbi, 5 ferma, 4 əkin sahəsi və 1 ədəd çaxır zavodu ərazisinə baxış keçirilmiş və 941 ədəd partlamamış hərbi sursat və 8 (səkkiz) ədəd piyada əleyhinə mina (PMN) aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Paylaş:


Müəllif : Baxış :
41232
Tarix:
24-04-2016, 19:36
  


loading...