7 erməni əsgərini məhv edən hərbçimizdən xəbər var » Qaynar xəbərlərin tək ünvanı

» » » 7 erməni əsgərini məhv edən hərbçimizdən xəbər var

7 erməni əsgərini məhv edən hərbçimizdən xəbər var


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş 7 erməni əsgərini məhv edən hərbçimizdən xəbər varAprelin 2-nə keçən gecə düşmən əlində olan starteji əhəmiyyətli Talış yüksəkliyinin geri alınmasında qəhrəmancasına döyüşən və ağır yaralanan Asif Novruz oğlu Rəsulov hazırda Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunur. 

Bu haqda Aymobi.com  Modern.az saytına onun yaxın qohumu Bəxtiyar Nuruşov məlumat verib. 

O, qeyd edib ki, Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşən Asif 7 erməni əsgərini məhv edib:

"Ermənilərə qarşı döyüşlərdə 5 güllə yarası alıb. Düşmən silahından açılan güllələr onun ayağını, çiynini, qolunu və qarnını deşib. Həmçinin çox sayda qəlpə yaraları var. Hətta həkimlər bədənində olan qəlpələrdən birini çıxarmamağı qərara alıblar. Döyüşlərdə 4 nəfər olublar və 3 nəfər həlak olub, yeganə sağ qalan Asifdir. Həkimlərin səyi nəticəsində həyati təhlükəsi sovuşub, anlaqlı vəziyyətədir. Hazırda vəziyyətini orta, ağır qiymətləndirirlər”. 

B.Nuruşovun sözlərinə görə, 1977-ci il təvəllüdlü A.Rəsulov Ağstafa rayonunda doğulub:

"Ailəlidir, 3 və 5-ci siniflərdə oxuyan 2 oğlu var. Sumqayıtda evi olsa da, işi ilə əlaqədar Nafatalanda kirayədə yaşayır”.
 

7 erməni əsgərini məhv edən hərbçimizdən xəbər var



Paylaş:


Müəllif : Baxış :
31932
Tarix:
15-04-2016, 22:03
  


loading...