Səfərbərlikdə yaş həddi » Qaynar xəbərlərin tək ünvanı

» » » Səfərbərlikdə yaş həddi

Səfərbərlikdə yaş həddi


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
Səfərbərlikdə yaş həddiQarabağ cəbhəsində toqquşmaların şiddətlənib genişmiqyaslı müharibəyə çevrilmək ehtimalı fonunda səfərbərlik məsələsi də gündəmə gəlir. Transparency.az qanunların bu məsələni necə tənzimlədiyinə nəzər salıb.

"Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanuna görə, ehtiyatda olan və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan vətəndaşlar səfərbərlik elan edildikdə səfərbərlik üzrə hərbi xidmətə çağırılırlar.

Ehtiyatda olan və səfərbərlik üzrə hərbi xidmətə çağırılmayan vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin mülki heyət vəzifələrində işləmək üçün göndərilə bilərlər.

Səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada bron edilmiş şəxslərə; səhhətinə görə hərbi xidmətə müvəqqəti yararsız hesab olunan şəxslərə altı ay müddətinədək; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ayrı-ayrı kateqoriyalı vətəndaşlara verilir.

Vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə çağırışı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin səfərbərlik planlarında müəyyən edilmiş müddət ərzində həyata keçirilir.
Müharibə dövründə hərbi xidmət keçmək üçün hərbi hissələrə təhkim olunmuş (xüsusi birləşmələrə təyin edilmiş) vətəndaşlar, onların təhkim olunduğu (təyin edildiyi) hərbi hissələrin müharibə dövrü üçün müəyyən edilmiş təşkilati-ştat strukturuna keçirilmələrinə aid tədbirlər yerinə yetirildiyi halda, habelə xüsusi birləşmələrin yaradıldığı halda səfərbərlik üzrə hərbi xidmətə çağırılırlar.

"Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən, ehtiyatda olan hərbi vəzifəlilər yaşa görə dərəcələrə bölünür.
Əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanların ehtiyatda olmasının son yaş həddi birinci dərəcə üçün 35 yaş, ikinci dərəcə üçün 45 yaş, üçüncü dərəcə üçün 50 yaşdır.

Kiçik zabitlərə son yaş həddi birinci dərəcə üçün 50 yaş, üçüncü dərəcə üçün 55 yaş müəyyən edilib.
Mayor və polkovnik-leytenantlarda birinci dərəcə üçün 50 yaş, üçüncü dərəcə üçün 55 yaş, polkovniklərdə birinci dərəcə üçün 55 yaş, üçüncü dərəcə üçün 60 yaş ehtiyatda olmanın son yaş həddidir.

Son yaş həddi ali zabitlərdə birinci dərəcə üçün 60 yaş, üçüncü dərəcə üçün 65 yaşdır.
Ehtiyatda olmağın son yaş həddi qadın zabitlər üçün 50 yaş, gizirlər (miçmanlar) və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular sırasından olan qadınlar üçün 45 yaşdır.

Paylaş:


Müəllif : Baxış :
131632
Tarix:
8-04-2016, 19:34
  


loading...

Oxşar Xəbərlər