Erməni ilə üzbəüz bölgələrdən - Son xəbər » Qaynar xəbərlərin tək ünvanı

» » » Erməni ilə üzbəüz bölgələrdən - Son xəbər

Erməni ilə üzbəüz bölgələrdən - Son xəbər


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Erməni ilə üzbəüz bölgələrdən - Son xəbərAxşam saatlarında gərgin anlar yaşansa da, hazırda cəbhə xəttindəki rayonlarda sakitlik müşahidə olunur.

Ağdam, Tərtər və Füzulinin icra orqanları Aymobi.com "Qafqazinfo”ya açıqlamasında belə deyiblər.

Ağdamın İcra başçısı Raqub Məmmədov bildirib ki, dünən axşam radələrində çətin anlar yaşansa da, səhər saatlarından rayonda tam sakitlik hökm sürür: "Rayon sakinləri hər hansı bir gərginlik yarananda uzaqlaşırlar, sonra yenidən öz evlərinə qayıdırlar. Erməni təxribatının nəticəsində axşamdan rayonun 4 kəndində işıq yoxdur. 7 kənd idi, üçü artıq bərpa olunub. Hazırda digər kəndlərin də işiqlarının bərpa olunması üçün briqadalar işləyir, təxminən 2 saata işıq veriləcək. Qaz səhər saatlarından verildi və bu cəhətdən rayonda hər hansı bir çətinlik yoxdur. Dünən axşamdan dəyən zərər isə belədir: 3-4 ev dağıdılıb, 4 nəfər mülki vətəndaş yaralanıb, mal-qaraya ziyan dəyib”.

Tərtərin İcra başçısı Müstəqim Məmmədov da hazırda rayon ərazisində həyatın normal axarında davam etdiyini söyləyib: "Rayonun Qapanlı, Qaradağlı kəndlərində axşam gərgin anlar yaşanıb. Hazırda isə nisbi sakitlikdir. İşıq və qazla bağlı rayonda hər hansı bir problem yoxdur. Məktəb və digər müəssisələr fəaliyyətini davam etdirir”.

Füzuli rayon İcra başçısı Alı Alıyev hazırda şəhid dəfnində olduğundan rayondakı ümumi vəziyyəti öyrənmək üçün İcra aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qənimət Əliyevlə əlaqə saxladıq. Müdir bildirib ki, ərazilər Azərbaycan ordusunun tam nəzarəti altındadır və bu səbəbdən rayon əhalisində xüsusi ruh yüksəkliyi müşahidə olunur: "Təbii ki, ərazidə hərbi vəziyyət gərgindir, ancaq buna baxmayaraq, həm orduda, həm də yerli sakinlərdə ruh yüksəkliyi var. Məktəb və bağçalar işləyir. Rayonda işıq, su və qaz fasiləsiz verilir. Bir sözlə, bütün gərginliklərə baxmayaraq həyat normal axarında davam edir”.

İcra nümayəndəsi hazırda rayonda dəfn olunan şəhid barədə də məlumat verib. Onun sözlərinə görə, şəhid olan Füzuli rayonunun Qaraxanbəyli kənd sakini Hüseynov Əlvan Qafar oğlu 1995-ci il təvəllüdlüdür. Müddətdən artıq hərbi xidmət qulluqçusu olub, məcburi köçkündür.

Qeyd edək ki, iki şəhidimiz də dəfn olunmaq üçün Biləsuvar rayonuna göndərilib. Onlardan Dəmirov Orxan Zeynal oğlu rayonda dəfn olunub, gizir Məmmədov Murad Vaqif oğlunun cənazəsi isə Sumqayıt şəhərinə yola salınıb.

Paylaş:


Müəllif : Baxış :
55832
Tarix:
5-04-2016, 09:15
  


loading...