Müdafiə Nazirliyi bəyanat yaydı » Qaynar xəbərlərin tək ünvanı

» » » Müdafiə Nazirliyi bəyanat yaydı

Müdafiə Nazirliyi bəyanat yaydı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Müdafiə Nazirliyi bəyanat yaydı

 "Ermənilər Tərtər istiqamətində təxribat planlaşdırır”

Görülmüş tədbirlər nəticəsində Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanlarının Tərtər rayonu istiqamətində yerləşən bölmələrimizə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsini planlaşdırdıqları barədə dəqiq məlumat əldə edilib.

 

Bu barədə Müdafiə Nazirliyinin bəyanatında deyilir.

 

Qeyd olunur ki, görülən effektiv və önləyici tədbirlər nəticəsində düşmənin bu planı vaxtında aşkar olunub: "Bütün cəbhə boyu əməliyyat şəraiti və ümumilikdə vəziyyət daim nəzarətimiz altındadır. Eyni zamanda xəbərdar edirik ki, düşmənin gələcəkdə də bu cür fəaliyyətinin qarşısı daha sərt şəkildə alınacaq. Görüləcək cavab tədbirləri amansız olacaq və qarşı tərəfin verəcəyi böyük itkilərə görə bütün məsuliyyət Ermənistanın cinayətkar hərbi-siyasi rejiminin üzərinə düşəcək".


Paylaş:


Müəllif : Baxış :
30732
Tarix:
5-05-2017, 22:52
  


loading...