Tərtərdə partlamamış top mərmisi aşkar edilib » Qaynar xəbərlərin tək ünvanı Tərtərdə partlamamış top mərmisi aşkar edilib » Qaynar xəbərlərin tək ünvanı

» » » Tərtərdə partlamamış top mərmisi aşkar edilib

Tərtərdə partlamamış top mərmisi aşkar edilib


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Tərtərdə partlamamış top mərmisi aşkar edilib

 Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağcabədi və Tərtər rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat yayıb.


Hesabata əsasən, 31 iyul tarixində 1 otlaq və 2 əkin sahəsində 7 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik top mərmisi) aşkar olunaraq götürülüb, nəticə etibarilə 14 000 kv.m ərazi yoxlanılıb.

Ağcabədi rayonu


Yuxarı Qiyaməddinli kəndi – 2 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilmiş, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 6 000 kv.m ərazi yoxlanılıb.

Cəmi: 2 əkin sahəsi, 3 partlayış yeri, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülmüş, nəticə etibarilə 6 000 kv.m ərazi təmizlənib.


Tərtər rayonu

Şıxarx kəndi – 1 otlaq sahəsində 4 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik top mərmisi) aşkar edilərək götürülüb, nəticə etibarilə 8 000 kv.m ərazi yoxlanılıb.

Cəmi :1 otlaq sahəsində, 4 partlayış yeri, 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik top mərmisi) aşkar olunaraq götürülüb, nəticə etibarilə 8 000 kv.m ərazi yoxlanılıb.


Paylaş:


Müəllif : Baxış :
27332
Tarix:
1-08-2016, 00:23
  


loading...