Xəstənin sağlam ayağını kəsən həkim: "Mexaniki səhv olaraq sol ayaq əvəzinə sağ ayağı kəsmişəm" » Qaynar xəbərlərin tək ünvanı

» » » Xəstənin sağlam ayağını kəsən həkim: "Mexaniki səhv olaraq sol ayaq əvəzinə sağ ayağı kəsmişəm"

Xəstənin sağlam ayağını kəsən həkim: "Mexaniki səhv olaraq sol ayaq əvəzinə sağ ayağı kəsmişəm"


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Xəstənin sağlam ayağını kəsən həkim: "Mexaniki səhv olaraq sol ayaq əvəzinə sağ ayağı kəsmişəm"

 

Həkim xəstənin sol ayağı əvəzinə səhvən sağ ayağını kəsdiyini etiraf edib.
 
Əməliyyatı həyata keçirən Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyə Mərkəzinin həkimi Valeh Kərimov APA-ya açıqlamasında deyib ki, xəstənin hər iki ayağı 4-cü dərəcəli ateroskleroz fonda xroniki işemiyadır, 87 yaşlı qadının heç bir ayağına qan gəlmir, qanqrena var: "Sol ayaqda proses daha çox, sağ ayaqda isə azdır. İki ayaqdan biri - sol ayağı daha tez kəsilməli idi. Xəstənin həyatını xilas etmək üçün təcili əməliyyat olunub. Əməliyyat zamanı mexaniki səhvdən sağ ayaq kəsilib. Onsuz da xəstənin sol ayağı da kəsilməlidir. Xəstənin övladlarını da başa salmışam ki, onun ayaqları yox kimi bir şeydir. Hara getsələr də, o xəstəni qəbul etməyiblər. Lakin bizdə əməliyyat olunmasına razılıq verdik. Yekunda belə oldu. Daha çox proses olan sol ayaq əvəzinə sağ ayaq kəsilib. Lakin onun ayaqlarının hər ikisində proses var və ayaqlarının hər ikisi kəsilməlidir”.
 
Qeyd edək ki, yayılan xəbərlərə əsasən, şəkərli diabet xəstəsi olan Tərlan Əliyevaya sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və o, bu gün Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində əməliyyat edilib. Lakin əməliyyatdan çıxan 87 yaşlı qadını görən yaxınları gözlərinə inanmayıblar. Belə ki, yaşlı qadının iltihablı olan sol ayağı əvəzinə sağlam olan sağ ayağı kəsilib. 
 
Səhiyyə Nazirliyində məsələ ilə əlaqədar xüsusi komissiya yaradılıb və araşdırmalara başlanılıb.

Paylaş:


Müəllif : Baxış :
51832
Tarix:
24-06-2016, 18:52
  






loading...