Bakıda mağazalarda çürük pendir satılır - FOTO » Qaynar xəbərlərin tək ünvanı

» » » Bakıda mağazalarda çürük pendir satılır - FOTO

Bakıda mağazalarda çürük pendir satılır - FOTO


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Bakıda mağazalarda çürük pendir satılır - FOTO"Balaca oğlum bizdən xəbərsiz bu kiflənmiş pendiri açıb yesəydi, kim məsuliyyət daşıyacaqdı?”

Bu sözləri Nadim Hüseynov "Qafqazinfo”ya şikayəti zamanı deyib. Bakı sakininin sözlərinə görə, şənbə günü Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Sarham” marketindən "Viola” pendiri alıb. Evdə pendirin kifləndiyini görən N.Hüseynov məhsulu qaytarmaq üçün mağazaya geri qayıdıb. Mağaza işçiləri məhsulun istifadə müddəti 2016-ci ilə kimi olduğu üçün onların bir təqsiri olmadığını bildirib: "Mənə dedilər ki, bu bir təsadüfdür, əgər vaxtı istifadə vaxtı keçsəydi biz günahkar olardıq, ancaq bu kimi hallarda məsuliyyət daşımırıq. Evdə balaca körpəm var, birdən bizdən xəbərsiz yesəydi kim məsuliyyət daşıyacaqdı? Bu kimi halların yol verilməməsi üçün media vasitəsi ilə əhaliyə səslənib ərzaq alanda daha diqqətli olmalarını xahiş edirəm”.

Qeyd edək ki, "Viola” Finlandiyada süd məhsulları istehsal edən şirkətidir.

Paylaş:


Müəllif : Baxış :
31732
Tarix:
23-11-2015, 18:28
  


loading...