Banklar dolları neçəyə satırlar? - FOTOLAR » Qaynar xəbərlərin tək ünvanı

» » » Banklar dolları neçəyə satırlar? - FOTOLAR

Banklar dolları neçəyə satırlar? - FOTOLAR


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Banklar dolları neçəyə satırlar? - FOTOLARMərkəzi Bankın açıqladığı məlumata görə, bir gün ərzində 1,76 qəpik artan dolların banklarda satış qiyməti 1.64-1.66 manat arasında dəyişir.

Müşahidə edilən banklar arasında dolların ən yüksək satış qiyməti ilə "Unibank”dadır. Bankın Nizami filialında dolların alış qiyməti 1.612 manat, satış qiyməti isə 1.6652 manatdır. Dolların ən yüksək alış qiyməti də məhz bu bankdadır.

Dolların ən aşağı qiymətlə satışını isə "Xalq Bank” həyata keçirir. Bankda dolların satış qiyməti 1.64 manatdır. Alış qiyməti isə 1.56 manatdır.

Bank VTB də dolları baha alan banklardandır. Burada dolların alış qiyməti 1.60 manat, satış qiyməti isə 1.65 manatdır.
 

Banklar dolları neçəyə satırlar? - FOTOLAR

 

"Bank Of Baku”da isə dolların alış qiyməti 1.58 manatdır. Satış qiyməti isə 1.65 manatdır.

"Bank Respublika”da dolların alış qiyməti 1.58 manat, satış qiyməti isə 1.655 manatdır.
 

Banklar dolları neçəyə satırlar? - FOTOLAR

 

Banklarda avronun satış qiyməti isə 1.79-1.82 manat arasında dəyişir. Avronun alış qiyməti isə 1.68-1.71 manatdır.

musavat.com

Paylaş:


Müəllif : Baxış :
55132
Tarix:
4-03-2016, 17:53
  


loading...