10 min dollarlıq malın gömrük rüsumsuz ölkəyə gətirilməsi ləğv olundu » Qaynar xəbərlərin tək ünvanı

» » » 10 min dollarlıq malın gömrük rüsumsuz ölkəyə gətirilməsi ləğv olundu

10 min dollarlıq malın gömrük rüsumsuz ölkəyə gətirilməsi ləğv olundu


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
Məlumat verdiyimiz kimi, bir müddət öncə Azərbaycan prezidenti İlham Əliyev gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd edilirdi ki, fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 2000 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçirilir.

Xeberler.az-ın məlumatına görə, bu gün  Prezident İlham Əliyev "Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 oktyabr tarixli 656 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Sənədə əsasən, "Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 oktyabr tarixli 656 nömrəli fərmanının 1-ci hissəsi ləğv edilib.

Qeyd edək ki, fərmanın 1-ci hissəsi belə idi: "Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10 min ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 2000 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçirilir”.

Xatırladaq ki, bir neçə gün əvvəl ekspertlər bununla bağlı proqnoz vermişdilər k, bu ayın sonunadək hökumət Prezidentin imzaladığı güzəşt fərmanı ilə bağlı yeni Qaydalar müəyyən etməlidir.

Ekspertlər  vaxta az qaldığı üçün  Prezidentin bu Fərmanına qarşı gözlənildiyi kimi müqavimətin çox güclü olacağını qeyd etmişdi və bildirmişdilər ki, ola bilər ki, müəyyən qurumlar müxtəlif bəhanələrlə bunu ləğv də etdirsinlər.

Paylaş:


Müəllif : Baxış :
34332
Tarix:
13-01-2016, 15:19
  






loading...