Azərbaycanda keçmiş polis zabiti itkin düşüb » Qaynar xəbərlərin tək ünvanı

» » » Azərbaycanda keçmiş polis zabiti itkin düşüb

Azərbaycanda keçmiş polis zabiti itkin düşüb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Azərbaycanda keçmiş polis zabiti itkin düşübİsmayıllı rayonunda 63 yaşlı kişi itkin düşüb.

APA-nın yerli bürosunun xəbərinə görə, İsmayıllı şəhərinin Mübariz Orucov küçəsindəki 5 saylı ünvanda yaşayan, 1952-ci il təvəllüdlü Nəsirov Bəxtiyar Mirzəbəy oğlu ötən il mayın 1-də yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. Onun ailə üzvləri Bəxtiyar Nəsirovun itkin düşməsi barədə İsmayıllı rayon Polis Şöbəsinə məlumat veriblər. Polis əməkdaşları tərəfindən 7 aydır ki, beş övlad atası olan Bəxtiyar Nəsirovun tapılması üçün həyata keçirilən axtarış tədbirləri hələ ki, bir nəticə verməyib.
   
Uzun illər DİN-in Baş Mühafizə İdarəsinin İsmayıllı rayon bölməsinin əməkdaşı olan və təqaüdə çıxan serjant Bəxtiyar Nəsirovu görən şəxslərin bu nömrələrə zəng etmələri xahiş olunur. Mobil: 070 679 21 73, Ev: 2028 5 38 06
 
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Paylaş:


Müəllif : Baxış :
44832
Tarix:
2-01-2016, 13:59
  


loading...