Bakı-Balakən qatarının hərəkəti dayandı » Qaynar xəbərlərin tək ünvanı

» » » Bakı-Balakən qatarının hərəkəti dayandı

Bakı-Balakən qatarının hərəkəti dayandı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Bakı-Balakən qatarının hərəkəti dayandıAzərbaycanda höküm sürən qarlı hava şəraiti dəmir yollarının işinə də təsir edib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib ki, güclü qar səbəbindən Bakı-Balakən istiqaməti üzrə hərəkət edən qatar hazırda Qax rayonu ərazisində dayanıb.

N.Əzməmmədov bildirib ki, hazırda həmin ərazidə təmizlik işləri aparılır. Onun sozlərinə görə, Qax rayon İcra Hakimiyyətinə müraciət olunub ki, sərnişinlərin ünvana çatdırılması üçün nəqliyyat vasitəsi təmin etsin: "Çünki yolun təmizlənməsi bir az vaxt aparacaq. Yağan qarın səviyyəsi 70-80 sm təşkil edir. Əslində qatar hərəkətini davam etdirə bilər, ancaq təhlükəsizlik baxımından biz özümüz qatarın hərəkətini dayandırmışıq”.

N.Əzməmmədov əlavə edib ki, digər istiqamətlərdə qatarların hərəkətində heç bir problem yoxdur. (trend)

 



Paylaş:


Müəllif : Baxış :
32132
Tarix:
2-01-2016, 13:50
  


loading...