Azərbaycanda benzinin qiyməti bahalaşdı - FOTO (QİYMƏT) » Qaynar xəbərlərin tək ünvanı

» » » Azərbaycanda benzinin qiyməti bahalaşdı - FOTO (QİYMƏT)

Azərbaycanda benzinin qiyməti bahalaşdı - FOTO (QİYMƏT)


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Azərbaycanda benzinin qiyməti bahalaşdı - FOTO (QİYMƏT)

 Azərbaycana idxal olunan benzinin qiymətində artım baş verib

APA-nın xəbərinə görə, artıq yanacaqdoldurma məntəqələrində "AI-95 Premium" və "Aİ-98 Super” markalı benzinin  yeni qiymətləri tablolara vurulub.

 

Belə ki, "AI-95 Premium" markalı benzinin yeni qiyməti 1,15 AZN və "Super Aİ-98”  markalı benzinin isə 1,20 AZN müəyyənləşib.  

 

Qeyd edək ki, bu markalı benzinlər ölkəyə idxal olunur və qiyməti sərbəst tənzimlənir.

 

Qiymət artımı Azərbaycanda istehsal olunan "AI-92” markalı benzin  və "L-62” markalı dizel yanacağına tətbiq olunmayıb. Bu məhsulların qiyməti Tarif Şurası tərəfindən tənzimlənir.  

 

Qeyd edək ki, ölkəyə idxal olunan benzinin qiyməti bundan əvvəl bu ilin yanvarın 13-də artmışdı. Həmin vaxt "Aİ-95 Premium” markalı benzin 1,05 AZN, "Aİ-98 Super” markalı benzin isə 1,10 AZN idi.  


Paylaş:


Müəllif : Baxış :
59132
Tarix:
1-02-2017, 09:35
  


loading...