İtkin neftçilərdən birinin meyiti tapıldı » Qaynar xəbərlərin tək ünvanı

» » » İtkin neftçilərdən birinin meyiti tapıldı

İtkin neftçilərdən birinin meyiti tapıldı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş İtkin neftçilərdən birinin meyiti tapıldıDekabrın 4-də "Günəşli” yatağında baş verən yanğın zamanı itkin düşən neftçilərdən birinin meyiti bu gün Xəzərin Türkmənistan sahilində tapılıb.
Bu barədə virtualaz.org-a Bakının Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.
Məlumatda o da bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri meyiti gətirmək üçün artıq Türkmənistana yollanıblar.
Xatırladaq ki, dekabrın 4-də güclü külək nəticəsində yüksəkgərginlikli sualtı qaz kəməri zədələnmiş və "Günəşli” yatağının 10-cu platformasında yanğın baş vermişdi. Dərhal görülən xilasetmə tədbirləri nəticəsində 33 nəfər xilas olunmuş, sonradan 8 nəfərin meyiti tapılmışdı. 22 nəfər neftçi isə bu günə qədər itkin düşmüş hesab edilir.

Paylaş:


Müəllif : Baxış :
34032
Tarix:
27-12-2015, 09:20
  


loading...