İlham Əliyev Şirvandakı partlayışla bağlı sərəncam imzaladı » Qaynar xəbərlərin tək ünvanı

» » » İlham Əliyev Şirvandakı partlayışla bağlı sərəncam imzaladı

İlham Əliyev Şirvandakı partlayışla bağlı sərəncam imzaladı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

İlham Əliyev Şirvandakı partlayışla bağlı sərəncam imzaladı

 Azərbaycan prezidenti İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin (MSN) "Araz” zavodunda baş vermiş partlayışla əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.


Sərəncama əsasən baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə MSN-nin Şirvan şəhərində yerləşən "Araz” zavodunda baş vermiş partlayışla əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılıb:


Komissiyanın sədri:


Yaqub Eyyubov – Azərbaycan Respublikası baş nazirinin birinci müavini


Komissiyanın üzvləri:


Yavər Camalov – Azərbaycan Respublikasının müdafiə sənayesi naziri

Zakir Həsənov – Azərbaycan Respublikasının müdafiə naziri

Zakir Qaralov – Azərbaycan Respublikasının baş prokuroru

Mədət Quliyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Vilayət Eyvazov – Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini

Səlim Müslümov – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Faiq Tağı-zadə – Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Abbas Vəlibəyov – Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Mərdan Camalov – Şirvan şəhər İcra Hakimiyyətinin başçısı.


Sərəncamla müəyyən olunub ki, Dövlət Komissiyası hadisənin səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirməli və həyata keçirməli, hadisə nəticəsində xəsarət alanların müalicəsini və onlara digər zəruri yardım göstərilməsini təmin etməli, görülmüş işlər haqqında Azərbaycan prezidentinə məlumat verməli, Baş Prokurorluq Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə baş vermiş hadisə ilə əlaqədar istintaq tədbirlərini həyata keçirməlidir.


Sərəncam imzalandığı gündən qüvvəyə minir.


Qeyd edək ki, ki, Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı "Araz” zavodunda partlayış baş verib. Müdafiə Sənayesi Nazirliyinin yaydığı məlumata görə, partlayış nəticəsində ölən yoxdur, 11 nəfər yüngül xəsarət alıb.


Paylaş:


Müəllif : Baxış :
28332
Tarix:
26-07-2016, 23:20
  


loading...