Kiş çayındakı daşqının səbəbləri açıqlanıb » Qaynar xəbərlərin tək ünvanı

» » Kiş çayındakı daşqının səbəbləri açıqlanıb

Kiş çayındakı daşqının səbəbləri açıqlanıb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Kiş çayındakı daşqının səbəbləri açıqlanıb

 

 Şəkinin Kiş çayında baş vermiş qısamüddətli daşqının səbəbləri açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev açıqlamasında bildirib ki, Kiş çayı 3 çayın - Qaynar, Damarçın, Çxudurmaz çaylarının birləşməsindən əmələ gəlib və qısamüddətli daşqın Damarçın qolunda qeydə alınıb.
 
İyulun 2-də axşam və 3-nə keçən gecə Kiş çayının Damarçın qolunun yuxarı dağlıq hissələrində lokal xarakterli güclü leysan qeydə alındığını deyən A.Verdiyev bildirib ki, bunun nəticəsində suyun səviyyəsi kəskin artıb. O əlavə edib ki, yağış torpağı, lili çayın məcrasına gətirib, bu da birbaşa Kiş çayına tökülüb  və nəticədə çayın mənbə hissəsində qısamüddətli daşqınlar baş verib: "Balakən-Şəki bölgəsindən axan çaylar daşqına məruz qalan çaylardır. Bu çaylarda tarixdə də dağıdıcı daşqınlar müşahidə olunub. Ümumilikdə ölkənin Şəki, Balakən, Oğuz, Qəbələ ərazilərində dağıdıcı sel, daşqın hadisələri qeydə alınır”.
 
A.Verdiyev vurğulayıb ki, iyulun 1-də ölkə ərazində gözlənilən hava şəraiti, yağacaq yağışlar, yağıntıların hətta bəzi yerlərdə lokal leysan xarakterli olacağı barədə xəbərdarlıq verilib. Onun sözlərinə görə, müvafiq qurumlara bu barədə məlumat verilib , o cümlədən Şəki Regional Hidrometeorologiya Müəssisəsi öz əraziləri üzrə bu xəbərdarlıqları müvafiq qurumlara çatdırıb: "Qısamüddətli daşqınlar 2-3 saat ərzində davam edir, sonradan suyun səviyyəsi düşür, çay öz məcrasına qayıdır. Kiş çayında da bu proses iyulun 2-si axşam saatlarında başlayıb, əsasən gecə saatlarında pik nöqtəsində olub, iyulun 3-ü səhər saatlarından başlayaraq artıq suyun səviyyəsi aşağı düşüb və çay normal vəziyyətinə qayıdıb. Artıq çayda sabit sululuq müşahidə olunur”. Apa//

Paylaş:


Müəllif : Baxış :
52032
Tarix:
4-07-2016, 18:54
  


loading...