Badamdarda su olmayacaq - Bu gün və sabah » Qaynar xəbərlərin tək ünvanı

» » Badamdarda su olmayacaq - Bu gün və sabah

Badamdarda su olmayacaq - Bu gün və sabah


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Badamdarda su olmayacaq - Bu gün və sabah

 

Kür-Bakı magistral su xəttindən ayrılan və Səbail rayonu Badamdar qəsəbəsini içməli su ilə təmin edən 2 ədəd magistral xəttin birinin çətin relyef şəraitindən keçən hissəsində qəza baş verib.

Bununla əlaqədar Badamdar qəsəbəsinin bir hissəsinin su təchizatında fasilə yaranıb. Hazırda əraziyə xüsusi texnika və işçi qüvvəsi cəlb olunaraq qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür. Qəza-bərpa işlərinin çətin relyef şəraitində aparılması nəzərə alınaraq bu gün və sabah Badamdar qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranan narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.

Paylaş:


Müəllif : Baxış :
22532
Tarix:
1-07-2016, 18:37
  






loading...