Bakıdakı gəlinlik mağazasına edilən qeyri-adi basqının görüntüləri yayıldı - VİDEO » Qaynar xəbərlərin tək ünvanı

» » Bakıdakı gəlinlik mağazasına edilən qeyri-adi basqının görüntüləri yayıldı - VİDEO

Bakıdakı gəlinlik mağazasına edilən qeyri-adi basqının görüntüləri yayıldı - VİDEO


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Bakıdakı gəlinlik mağazasına edilən qeyri-adi basqının görüntüləri yayıldı - VİDEO

 

Naməlum şəxs Bakının mərkəzində, Azərbaycan prospektində yerləşən gəlinlik mağazasına daxil olaraq gəlinlikləri yararsız hala salıb.

ANS TV xəbər verir ki, mağaza sahibi hadisənin dünən təxminən səhər saat 11 radələrində baş verdiyini bildirib. 

Sahibkar gənc oğlanın obyektə daxil olduğunu görüb. Həmin şəxs bir göz qırpımında gəlinliklərin üstünə qara məhlul töküb və qaçıb.

Təxminən 40-a yaxın gəlin paltarı istifadəyə yararsız vəziyyətə düşüb. Mağaza sahibi deyir ki, həmin paltarlar xaricdən gətirilir və ona 100 min manatdan çox ziyan dəyib.

Hadisənin kim tərəfindən törədildiyi istiqamətində əməliyyat-axtarış tədbirləri görülür. Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi baş verən hadisə ilə bağlı araşdırmalara başlayıb. Ətrafdakı kameralar vasitəsilə hadisəni törədən şəxsin görüntüləri əldə edilib.
 

Paylaş:


Müəllif : Baxış :
29932
Tarix:
28-06-2016, 12:51
  


loading...