Göyçayın eks-icra başçısı: "Prezident mənə dedi ki…" - özəl » Qaynar xəbərlərin tək ünvanı

» » Göyçayın eks-icra başçısı: "Prezident mənə dedi ki…" - özəl

Göyçayın eks-icra başçısı: "Prezident mənə dedi ki…" - özəl


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Göyçayın eks-icra başçısı: "Prezident mənə dedi ki…" - özəlBir neçə gün əvvəl bir sıra KİV-də Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin rayon icra başçısı vəzifəsindən azad olunduqdan sonra, Kənt Təsərrüfatı Nazirinin müavini vəzifəsinə təyin olunması haqda xəbər yayılmışdı. Daha sonra nazirlik rəsmisi KİV-ə açıqlamasında onlarda belə məlumatın olmadığını bildirmişdi. 
Məsələni diqqətdə saxlayan Bizimyol.info saytı Mübariz Ağayevin özü ilə əlaqə saxlaya bilib. Eks icra başçısı saytımıza açıqlamasında, yayılan məlumatın yalan olduğunu bildirib. "Bu yalan və məni istəməyən insanların uydurmasıdır. Mən öz istəyimlə işimdən uzaqlaşdırılmışam. Cənab Prezidentdən xahiş etdim ki, məni vəzifəmdən azad etsin. Səhhətimdə problemlər var. Üç gün sonra Berlinə gedirəm, əməliyyat olunacam. Allah cənab Prezidentin canını sağ eləsin, məni başa düşdü və dedi ki, get müalicə olun, sən bizə sağlam lazımsan. Üç dəfə Almaniyada əməliyyat olunmuşam. Hər dəfə gedəndə rayon qalırdı sahibsiz, belə olmazdı. Əməliyyat olunub qayıdım, İnsallah hər şey yaxşı olar”.

Paylaş:


Müəllif : Baxış :
55832
Tarix:
16-06-2016, 12:56
  


loading...