Bəzi rayonlara diametri 2 sm olan dolu düşüb » Qaynar xəbərlərin tək ünvanı

» » Bəzi rayonlara diametri 2 sm olan dolu düşüb

Bəzi rayonlara diametri 2 sm olan dolu düşüb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Bəzi rayonlara diametri 2 sm olan dolu düşübAzərbaycan ərazisində iyunun 9-u gündüzdən 10-u səhərədək müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 10-u səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, dolu düşüb.
 
Düşən yağıntının miqdarı Böyük Qafqazda 3-15, bəzi yerlərdə 18-44, Başdaşağıl məntəqəsində 92, Qazax-Gəncə zonasında 3-10, bəzi yerlərdə 39-61, Kiçik Qafqazda 11-56,  Lənkəran-Astara zonasında 1-22,  Mərkəzi Aran rayonlarında 1-24 mm təşkil edib.
 
İyunun 9-da saat 20:18-20:20 radələrində Göygöldə 12, saat 16:22-16:26 radələrində isə Gəncədə diametri 18 mm olan dolu düşüb.

Paylaş:


Müəllif : Baxış :
27632
Tarix:
10-06-2016, 13:43
  


loading...