İlisu yolunda təhlükə - VİDEO » Qaynar xəbərlərin tək ünvanı

» » İlisu yolunda təhlükə - VİDEO

İlisu yolunda təhlükə - VİDEO


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş İlisu yolunda təhlükə - VİDEODəniz səviyəsindən 1400 metr yüksəklikdə yerləşən İlisu kəndinə gedən hər kəs təhlükəli yoldan keçmək məcburiyyətindədir.

Kanal S xəbər verir ki, yolun bir tərəfinin dağ, digər tərəfinin də çay yatağı olması gediş-gəlişdə çətinlik yaradır. Hündür qayalardan qopub gələn daşlar və gursulu Kürmük çayı burada hər an xoşagəlməz bir hadisənin baş verməsini qaçılmaz edir. Kürmük çayının qarşısını kəsmək üçün beton bəndin olmaması yolun yuyulmasına səbəb olur. Nəticədə yolun eni ilbəil daralır.

Qax 16 saylı yol istismar idarəsindən isə bildirildi ki, dağdan qopub gələn daşların qarşısını almaq üçün bir müddət əvvəl hasar çəkilib. Ancaq bu da təhlükəni tam olaraq aradan qaldırmır. Ölkənin ən məhşur turizm bölgəsi olan İlisu kəndinə gedən yolun vəziyyətinin bu cür olması təbii ki, bura gələn qonaqların sayına da təsirsiz ötüşməyəcək.
 


Paylaş:


Müəllif : Baxış :
27732
Tarix:
3-06-2016, 11:25
  






loading...