Dünya ölkələrinin liderləri Azərbaycan prezidentini təbrik ediblər » Qaynar xəbərlərin tək ünvanı

» » Dünya ölkələrinin liderləri Azərbaycan prezidentini təbrik ediblər

Dünya ölkələrinin liderləri Azərbaycan prezidentini təbrik ediblər


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.
 
Lukaşenkonun məktubunda deyilir:
 
"Milli bayramınız – Respublika Günü münasibətilə sizi Belarus xalqı adından və şəxsən öz adımdan təbrik edirəm. Belarus Azərbaycanın etibarlı dostudur və ikitərəfli strateji əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün bundan sonra da səylərini əsirgəməyəcək. Əminəm ki, Belarus və Azərbaycan xalqları arasında münasibətlərin potensialının reallaşdırılması qarşılıqlı siyasi və iqtisadi əlaqələri əhəmiyyətli dərəcədə möhkəmlətməyə, iqtisadiyyatlarımızın gələcək inkişafı, beynəlxalq arenada dost ölkələrimizin rolunun artırılmasına xidmət edəcək. Hörmətli İlham Heydər oğlu, sizə səmimi qəlbdən möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni uğurlar, Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq diləyirəm”.
 
İ. Əliyevi həmçinin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzetbeqoviç, Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, Bolqarıstan prezidenti Rosen Plevneliev və Serbiya baş naziri Aleksandr Vuçiç təbrik ediblər.

apa.az

Paylaş:


Müəllif : Baxış :
27032
Tarix:
24-05-2016, 20:47
  






loading...

Oxşar Xəbərlər