Şagirdin intiharında günahlandırılan direktor danışdı » Qaynar xəbərlərin tək ünvanı

» » Şagirdin intiharında günahlandırılan direktor danışdı

Şagirdin intiharında günahlandırılan direktor danışdı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Şagirdin intiharında günahlandırılan direktor danışdı"Hadisə baş verib, amma baş vermə səbəblərindən mənim xəbərim yoxdur".

Bu fikirləri Cəlilabadın Seyidbazar kəndində intihar edən 10-cu sinif şagirdi Vüsal Mirzəyevin təhsil aldığı orta məktəbin direktoru Etibar Abdullayev səsləndirib.

E.Abdullayev şagirdin ailəsinin ittihamlarına da cavab verib:

"Yoldaşımın hazırlıq kursunda hazırlaşmadığına görə ona təzyiq göstərməyimiz haqda deyilənlər həqiqət deyil".

Xatırladaq ki, hadisə mayın 11-də baş verib. V.Mirzəyevin atası Rafət Mirzəyev, eləcə də digər ailə üzvləri onun intihar etməsində oxuduğu məktəbin direktorunu günahlandırırlar. Onların fikrincə, övladları E.Abdullayevin həyat yoldaşının aylıq ödənişi 25 manat olan hazırlıq kursuna getmədiyi üçün təzyiq və təhqirlərə məruz qalıb.

olke.az 

Paylaş:


Müəllif : Baxış :
68632
Tarix:
20-05-2016, 12:35
  


loading...