“Azərbaycana yönəlik terror hədələri davam edir” » Qaynar xəbərlərin tək ünvanı “Azərbaycana yönəlik terror hədələri davam edir” » Qaynar xəbərlərin tək ünvanı

» » “Azərbaycana yönəlik terror hədələri davam edir”

“Azərbaycana yönəlik terror hədələri davam edir”


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
Bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında "Məlumat azadlığı haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
 
APA-nın məlumatına görə, layihə barədə komitə sədri, vitse-spiker Bahar Muradova məlumat verib.
 
B. Muradova deyib ki, dəyişiklik texniki xarakter daşıyır: "Dəyişiklik "Məlumat azadlığı haqqında” qanunda terror aksiyaları sözü terror aktları sözü ilə əvəz olunmasını nəzərdə tutur”.
 
B. Muradova qanuna dəyişikliyin texniki xarakter daşımasına baxmayaraq, bu gün dünyada terror təhdidinin ciddi olduğunu vurğulayıb: "Azərbaycana düşmən dairələrin terror aktları törədəcəyi ilə bağlı hədələr də davam edir. Aprel döyüşləri zamanı gördük ki, Azərbaycanın ən ciddi silahlarla belə terrorla hədələnir. Azərbaycan terrora qarşı mübarizədə çox ciddi mövqe tutur, beynəlxalq alyansın çox məsuliyyəti və vicdanlı üzvüdür. Azərbaycan terrora məruz qalan ölkə kimi terrora qarşı bütün mübarizələrin önündə edir”.

Paylaş:


Müəllif : Baxış :
25532
Tarix:
16-05-2016, 16:16
  


loading...

Oxşar Xəbərlər