Hakim vəzifəsinə namizədlərlə bağlı yaş həddi endirilib » Qaynar xəbərlərin tək ünvanı

» » Hakim vəzifəsinə namizədlərlə bağlı yaş həddi endirilib

Hakim vəzifəsinə namizədlərlə bağlı yaş həddi endirilib


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Hakim vəzifəsinə namizədlərlə bağlı yaş həddi endirilibHakimlərin Seçki Komitəsinin növbəti iclası keçirilib.

Aymobi.com xəbər verir ki, Komitədən APA-ya verilən məlumata görə, iclasda hakim vəzifəsinə namizədlərin sənədlərinin qəbulu məsələləri müzakirə olunub.

Bildirilib ki, ötən ilin dekabr ayının 15-dən davam edən sənəd qəbulu zamanı 500-dən çox hüquqşünas namizədliyini irəli sürüb, son zamanlar sənəd təqdim edənlərin sayının azalması ilə əlaqədar prosesin aprel ayının 15-də başa çatması nəzərdə tutulub.

Qanunvericilikdə hakim olmaq üçün ən azı 30 yaş müəyyən edildiyindən, yalnız bu şəxslərin sənədlərinin qəbulu həyata keçirilib. Lakin hakimliyə namizədlərlə çoxsaylı imtahanlardan ibarət olan müsabiqə əvvəlki illərin təcrübəsinə görə 2 il müddətində davam edir və namizədlər yalnız müsabiqənin sonunda hakim olmaq hüququ qazanırlar.

Bununla əlaqədar iclasda 28 yaşı tamam olmuş və hakim olmaq üçün qanunvericilikdə nəzərdə tutulan digər tələblərə cavab verən şəxslərin də müsabiqədə iştirakına imkan verilməsi qərara alınıb.

Həmin şəxslərin sənədlərini təqdim etmələri üçün şərait yaradılması məqsədilə Hakimlərin Seçki Komitəsi tərəfindən sənəd qəbulunun vaxtı may ayının 1-dək uzadılıb.

Paylaş:


Müəllif : Baxış :
36432
Tarix:
9-04-2016, 16:17
  






loading...

Oxşar Xəbərlər