Prezident sərəncam verdi » Qaynar xəbərlərin tək ünvanı

» » Prezident sərəncam verdi

Prezident sərəncam verdi


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Prezident sərəncam verdiƏhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, əhalinin özünüməşğulluğunun təmin olunması məqsədi ilə qərara alıram:

1. Əhalinin özünüməşğulluğuna kömək göstərilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 6,0 (altı) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 aprel 2016-cı il.

Paylaş:


Müəllif : Baxış :
34932
Tarix:
7-04-2016, 16:41
  


loading...