"Cəbhə kəndlərində bərpa işləri aparılır" » Qaynar xəbərlərin tək ünvanı

» » "Cəbhə kəndlərində bərpa işləri aparılır"

"Cəbhə kəndlərində bərpa işləri aparılır"


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş "Cəbhə kəndlərində bərpa işləri aparılır""Tərtər rayonunun ermənilərin atəşinə məruz qalan cəbhəboyu kəndlərində bərpa işlərinə başlanılıb".
Bunu "Report"a açıqlamasında Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Müstəqim Məmmədov bildirib.
Onun sözlərinə görə, ermənilərin son bir neçə gündə cəbhə kəndlərini artilleriya mərmilərindən şiddətli atəşə tutması nəticəsində yaşayış məntəqələrinə ciddi ziyan dəyib: "Ən çox ziyan rayonun Qapanlı kəndinə dəyib. Kəndin 46 evinə mərmi düşüb, elektrik və qaz təchizatı, su xətləri tamamilə sıradan çıxıb".
İcra başçısı qeyd edib ki, rayonun Qapanlı kəndində infrastrukturu bərpa etmək üçün təmir və yenidənqurma işləri aparılır: "Bundan başqa rayonun Qaradağlı kəndinə ciddi ziyan dəyib. Həmin kənddə təmir və yenidənqurma işləri aparılır. Hazırda əraziyə xeyli sayda texnika və işçi qüvvəsi cəlb edilib".
Qeyd edək ki, son günlər ermənilərin cəbhəboyu ərazilərdə atəşkəsi pozması nəticəsində Tərtər rayonunda ümumilikdə 162 evə ziyan dəyib.

Paylaş:


Müəllif : Baxış :
54032
Tarix:
7-04-2016, 10:49
  


loading...

Oxşar Xəbərlər