Masallıda şəhidlə izdihamlı vidalaşma - Fotolar » Qaynar xəbərlərin tək ünvanı

» » Masallıda şəhidlə izdihamlı vidalaşma - Fotolar

Masallıda şəhidlə izdihamlı vidalaşma - Fotolar


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Masallıda şəhidlə izdihamlı vidalaşma - FotolarŞəhid Nurlan Bayram oğlu Əsgərovun cənazəsi bu gün doğulduğu Masallı rayonu Kalinovka kəndində torpağa tapşırılıb. "Aymobi.com”un Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, 21 yaşlı Nurlan Əsgərov 2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət etmək üçün könüllü olaraq hərbi xidmətini baş əsgər rütbəsində davam etdirib.

Dəfn mərasimində Masallı rayon İcra hakimiyyətinin kollektivi, hüquq mühafizə orqanları rəhbərləri, rayonun ziyalıları, ağsaqqalları şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri və minlərlə rayon sakini iştirak edib.

N. Əsgərovun cənazəsi aprelin 4-ü axşam saatlarında, böyüyüb boya-başa çatdığı Masallı rayonu Kalinovka kəndindəki yaşadığı evə gətirilmiş, Şəhidlə son vida mərasimi keçirilmiş və Şəhidin nəşi Kalinovka kənd qəbiristanlığında dəfn edilib. 

N. Əsgərov dəfn olunarkən Silahlı Qüvvələrin əsgərləri havaya yaylım atəşi açıblar. 

Azərbaycanın üçrəngli bayrağı şəhidin atasına təqdim edilib.

Paylaş:


Müəllif : Baxış :
57432
Tarix:
5-04-2016, 18:07
  


loading...