Bakı metrosunda təhlükəsizlik gücləndirildi » Qaynar xəbərlərin tək ünvanı

» » Bakı metrosunda təhlükəsizlik gücləndirildi

Bakı metrosunda təhlükəsizlik gücləndirildi


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Bakı metrosunda təhlükəsizlik gücləndirildiBakıda metro stansiyalarında polis nəzarəti gücləndirilib.

Aymobi.com-un Trend-ə istinadən məlumatına görə, metronun bütün stansiyaları polis tərəfindən ciddi mühafizə edilməyə başlayıb. Metro stansiyasına daxil olan bütün sərnişinlər xüsusi qurğularla fərdi halda ciddi yoxlanılandan sonra stansiyalara buraxılır.

"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev açıqlamasında bildirib ki, cəbhədəki vəziyyətlə bağlı metro stansiyalarında baş verə biləcək hər hansı təxribatın qarşısını almaq üçün polis metro stansiyalarında təhlükəsizlik tədbirlərini gücləndirib:

"İndi metro stanasiyalarında təkcə giriş-çıxışlarda deyil, stansiyaların hər yerində, platformalarında da polis əməkdaşları təhlükəsizlik tədbirlərinə cəlb edilib. Bütün metro stansiyalarında təhlükəsizlik tədbirləri gücləndirilib”.

Paylaş:


Müəllif : Baxış :
40832
Tarix:
5-04-2016, 06:16
  


loading...