Bu siqaretin qiyməti 2.70 manatdan 1.30 manata düşdü » Qaynar xəbərlərin tək ünvanı

» » Bu siqaretin qiyməti 2.70 manatdan 1.30 manata düşdü

Bu siqaretin qiyməti 2.70 manatdan 1.30 manata düşdü


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Bu siqaretin qiyməti 2.70 manatdan 1.30 manata düşdüAzərbaycanın tütün bazarında siqaretlərin qiymətlərində ucuzlaşma davam edir.

"Report"un xəbərinə görə, Böyük Britaniyanın Azərbaycanda fəaliyyət göstərən "Imperial Tobacco" şirkəti daha bir tütün məmulatının qiymətini azaldıb. Belə ki, pərakəndə satış qiyməti 2,70 AZN olan "West" siqareti artıq 1,30 AZN-ə satılır.

Məsələ ilə bağlı "Imperial Tobacco"dan "Report"a bildirilib ki, qiymətin azaldılması yalnız "West" brendinə şamil edilib.

Xatırladaq ki, Britaniya şirkəti martın əvvəlindən əksər məhsulları yeni qiymətlərlə satışa çıxarıb:

"Prima Deluxe" – 1,40 AZN
"ClassicKingSize" – 1,60 AZN
"Imperial ClassicSlims və Imperial ClassicCompact" – 1, 80 AZN
"WestCompact" – 2 AZN
"P&S" – 2 AZN
"Davidoff" – 3 AZN.
 
Bizimyol.info \\

Paylaş:


Müəllif : Baxış :
64732
Tarix:
11-03-2016, 14:37
  


loading...