Baş nazirimizin 81 yaşı tamam oldu » Qaynar xəbərlərin tək ünvanı

» » Baş nazirimizin 81 yaşı tamam oldu

Baş nazirimizin 81 yaşı tamam oldu


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
Baş nazirimizin 81 yaşı tamam olduBu gün Azərbaycanın baş naziri Artur Rasizadənin doğum günüdür
Femida.az xəbər verir ki, baş nazirin 81 yaşı tamam olur.

Uzun illərdir Azərbaycanda baş nazir postunu tutan A.Rasizadə 26 fevral 1935-ci ildə Gəncə şəhərində anadan olub. 1952-ci ildə Lənkəran şəhər 4 №-li orta məktəbi bitirib. 

A.Rasizadə iş fəaliyyətinə 1957 -ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra Azərbaycan Neft Maşınqayırması ETİ "AzİNMAŞ”-da mühəndis vəzifəsində başlayıb, sonradan böyük mühəndis, layihənin baş mühəndisi, şöbə müdiri, elmi işlər üzrə direktorun müavini vəzifələrində işləyib. 

Daha sonralar Heydər Əliyevin sağ əli olacaq Artur Rəsizadə 1973-1975-ci illərdə "Azneftsənayemaş” birliyində baş mühəndis, 1975-1977-ci illərdə "İttifaqneftmaş” ЕİB rəisinin birinci müavini-baş mühəndis, 1977-1978-ci illərdə "AzİNMAŞ” " Neft maşınqayırması ETİ-nin direktoru olub. 

Vəzifələrdə pillə-pillə yüksələn nazir hələ 1978-1981-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini, 1981-1986-ci illərdə Azərbaycan KP MK-də maşınqayırma şöbəsinin müdiri, 1986-1992-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Soveti Sədrinin birinci müavini (sonradan Azərbaycan Respublikası Baş nazirinin birinci müavini) vəzifələrində çalışıb. 1992-1994-ci illərdə İqtisadi İslahatlar Fondunun məsləhətçisi, 1994-cü ildə "DEKA-B” şirkətində məsləhətçi, 1994-1996-cı illərdə İqtisadi İslahatlar Fondunda məsləhətçi vəzifəsində işləyib.

Rasizadənin uzun və peşəkar iş staji yolunu 1996-cı ildə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi vəzifəsindən salıb. Az keçməmiş peşəkarlığına görə 1996-cı ilin may ayından Azərbaycanın Baş nazirinin birinci müavini, 1996-2003-cü illərdə Baş nazir, 2003-cü ilin avqust - noyabr aylarında Baş nazirin birinci müavini vəzifələrində işləyib. 

A.Rasizadə 2003-cü ilin noyabr ayından indiyədək Azərbaycanın Baş naziridir. 

A.Rasizadə Baş nazir işlədiyi müddətdə müxtəlif orden və medallarla təltif olunub. 

O, 2006-cı ildə "İstiqlal ordeni”, "Şərəf ordeni” , "Şöhrət ordeni”, "Şərəf nişanı”ordeni ilə təltif olunub

Paylaş:


Müəllif : Baxış :
40132
Tarix:
26-02-2016, 12:21
  


loading...