Azərbaycanda evlənmək istəyən 54 nəfərdə QİÇS tapıldı » Qaynar xəbərlərin tək ünvanı

» » Azərbaycanda evlənmək istəyən 54 nəfərdə QİÇS tapıldı

Azərbaycanda evlənmək istəyən 54 nəfərdə QİÇS tapıldı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Azərbaycanda evlənmək istəyən 54 nəfərdə QİÇS tapıldıÖtən ilin yayından bu günə qədər nigaha daxil olmaq istəyən 94400 nəfər tibbi müayinədən keçirilib. Səhiyyə nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, ölkədə nigaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan 31 dekabr 2015-ci il tarixlərindən müayinələrdən keçmiş 84600 nəfərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da ümumilikdə müayinədən keçən və nigaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub. 

Keçən il müayinədən keçmiş 5534 nəfərdə talassemiya daşıyıcılığı, 239 nəfərdə sifilis, 54 nəfərdə isə QİÇS aşkarlanıb. 

Bu ilin ilk ayında 9800 nəfər tibbi müayinədən keçib. Yanvar ayında müayinələrdən keçmiş 246 nəfərin talassemiya daşıyıcılığı, 22 nəfərdə sifilis, 1 nəfərdə isə QİÇS tapılıb. 

"Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nigaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılıb. 

Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.

Paylaş:


Müəllif : Baxış :
26932
Tarix:
9-02-2016, 10:36
  


loading...