Azərbaycanda benzin ucuzlaşacaq? » Qaynar xəbərlərin tək ünvanı

» » Azərbaycanda benzin ucuzlaşacaq?

Azərbaycanda benzin ucuzlaşacaq?


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Azərbaycanda benzin ucuzlaşacaq?Neftin dünya bazarında kəskin ucuzlaşması bir çox ölkələrdə benzinin qiymətinə də təsir edib. Belə ki, benzinin qiyməti ABŞ-da 43, İspaniyada 21, Fransada 16 avro ekvivalentində, Polşada 30, Norveçdə isə 22 faiz ucuzlaşıb. 

Azərbaycanda da benzinin qiymətinin aşağı salınması ilə bağlı müxtəlif təkliflər səsləndirilir. İqtisadçı Vüqar Bayramov hesab edir ki, hazırki durumda benzinin qiyməti 30 faiz ucuzlaşa bilər. Ekspertin fikrincə, benzinin 1 litrinin qiymətinin 70 qəpikdən 50 qəpiyə endirilməsi büdcə gəlirlərinə ciddi mənfi təsir göstərməyəcək. 

Tarif Şurasından verilən məlumata görə, benzinin qiyməti ilə bağlı quruma heç bir müraciət daxil olmayıb. 

"Ümumiyyətlə Tarif Şurasında benzinin qiymətinin ucuzlaşması ilə bağlı məsələlər müzakirə edilmir”, - deyə qeyd edilib.

SOCAR prezidenti Rövnəq Abdullayev də benzinin qiymətinin ucuzlaşmayacağını bildirib. Bundan öncə mətbuata açıqlamasında SOCAR prezidenti qeyd edib ki, Azərbaycanda benzinin qiyməti neftin 60-62 dollar qiyməti əsasında hesablanıb: " Mən əvvəl də demişəm, indi də deyirəm ki, neftin qiymətinin Azərbaycandakı benzinin qiymətinə heç bir təsiri yoxdur. Bunlar bir-birinə bağlı deyil. Bu qiymətləri Tarif Şurası tənzimləyir. Bir daha deyirəm ki, dünya bazarında neftin qiymətinin düşməsi benzinin qiyməti ilə heç bir bağlılığı yoxdur”-deyə R.Abdullayev qeyd edib. 

az.azvision.az

Paylaş:


Müəllif : Baxış :
44732
Tarix:
3-02-2016, 06:26
  


loading...