Dünya şöhrətli müğənninin atası azərbaycanca mahnı oxudu (VİDEO) » Qaynar xəbərlərin tək ünvanı

» » Dünya şöhrətli müğənninin atası azərbaycanca mahnı oxudu (VİDEO)

Dünya şöhrətli müğənninin atası azərbaycanca mahnı oxudu (VİDEO)


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
Əslən azərbaycanlı olan dünya şöhrətli müsəlman ifaçı Sami Yusufun atası Babək Radmaneş Azərbaycan dilində mahnı oxuyub. 

ANS PRESS-in məlumatına görə, Babək Radmaneş "Gəlmədin” adlı mahnını ifa edib. İfa "YouTube" kanalına yerləşdirilib. 

Sami Yusuf 21 iyul 1980-ci ildə anadan olub.

Bir müddət əvvəl Sami Yusuf "Əhli-Beyt”ə mahnı həsr edib. 
Sami Yusuf ötən il Bakıda konsert verib. Konsert zamanı ona hədiyyə olunan Azərbaycan bayrağını öpərək pianonun üstünə qoyub. Sami Yusuf konsertdə "The Centre” adlı albomunda yer alan musiqiləri, həmçinin "Sarı gəlin” və "Küçələrə su səpmişəm” mahnıları da daxil olmaqla 19 mahnı ifa edib.
 
 
Babək Radmaneş "Gəlmədin”

Sami Yusuf Birləşmiş Millətlər Təşkilatının sülh elçisidir.
 

 Dünya şöhrətli müğənninin atası azərbaycanca mahnı oxudu (VİDEO)

 

Sami Yusuf və Babək Radmaneş

 

 


Sami Yusuf - "Sarı Gəlin"


 



Paylaş:


Müəllif : Baxış :
42232
Tarix:
1-02-2016, 09:55
  


loading...