İmişlidə daha 14 kəndə qaz xətti çəkilir » Qaynar xəbərlərin tək ünvanı

» » İmişlidə daha 14 kəndə qaz xətti çəkilir

İmişlidə daha 14 kəndə qaz xətti çəkilir


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş İmişlidə daha 14 kəndə qaz xətti çəkilirİmişlidə indiyədək 23 yaşayış məntəqəsi qazlaşdırılıb. Ümumilikdə isə rayon üzrə abonentlərin sayı 11 min 737 nəfərə çatıb.

İmişli rayon qaz istismarı idarəsinin rəis müavini İsrafil Məmiyev Azərtac-a bildirib ki, əhalinin normal və fasiləsiz qazla təmin olunması üçün rayonun qaz təsərrüfatı tamamilə yenidən qurulub. Köhnə və istismar müddəti başa çatan qaz xətləri yeniləri ilə əvəz olunub, təzə qurğular quraşdırılıb. Yenidənqurma ilə yanaşı, rayonun qəsəbə və kəndlərinin qazlaşdırılması istiqamətində də işlər surətlə davam etdirilir. Hazırda rayonum 14 kəndində qaz çəkilişi aparılır. Görülən işlər nəticəsində yaxın zamanlarda həmin yaşayış məntəqələrinin sakinləri mavi yanacaqdan istifadə edə biləcəklər.

Paylaş:


Müəllif : Baxış :
27032
Tarix:
1-02-2016, 03:42
  


loading...