Qənirə Paşayeva Bolqarıstanın xarici işlər naziri ilə görüşüb » Qaynar xəbərlərin tək ünvanı

» » Qənirə Paşayeva Bolqarıstanın xarici işlər naziri ilə görüşüb

Qənirə Paşayeva Bolqarıstanın xarici işlər naziri ilə görüşüb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Qənirə Paşayeva Bolqarıstanın xarici işlər naziri ilə görüşübMillət vəkili Qənirə Paşayeva AŞPA-da Avropa Şurası Nazirlər Komitəsinə sədrliyə başlayan Bolqarıstanın Xarici İşlər Naziri Daniel Mitov ilə görüşüb. 
 
Lent.az-ın məlumatına görə, millət vəkili işğal olunmuş Azərbaycan torpaqlarında vəziyyət, evinə dönə bilməyən azərbaycanlı məcburi köçkünlər barədə məlumat verib və Nazirlər Komitəsinə sədrliyi dövründə ondan bu istiqamətdə ədalətli mövqe gözlənildiyini çatdırıb.
 
Bundan başqa görüş zamanı Azərbaycan-Bolqarıstan münasibətlərindən də danışılıb və ikitərəfli münasibətlərin genişlənməsi üçün böyük potensialın lazım olduğu xüsusi vurğulanıb.
Millət vəkili  Bolqarıstanın xarici işlər naziri D. Miltova bir neçə gün əvvəl Bakıda Bolqarıstanın Azərbaycandakı səfiri, xanım Maya Xristova ilə görüşü barədə məlumat verib və may ayında Bolqarıstana planlaşdırılan səfər barədə fikir mübadiləsi aparılıb.

Paylaş:


Müəllif : Baxış :
25732
Tarix:
29-01-2016, 10:51
  






loading...